Sosial şəbəkədə biz:

Türkiyədə keçiriləcək “G-20” sammitini ABŞ hərbi təyyarələri qoruyacaq

Bu il noyabrın 15-16-da Antalyada keçiriləcək "G-20" ölkələri liderlərinin zirvə toplantısı ilə əlaqədar geniş təhlükəsizlik tədbirləri həyata keçirilir. Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, toplantı iştirakçıları yerdən, havadan və dənizdən güclü mühafizə olunacaq. Hətta, fövqaladə vəziyyət üçün Antalya hava limanında “F-16” döyüş təyyarələri də hazır vəziyyətdə saxlanılacaq. Bundan əlavə, Böyük Britaniyada ABŞ-a məxsus hərbi aerodromdan İncirlik hava qüvvələri bazası ilə birbaşa əlaqəda olan “F-15C Eagle” döyüş təyyarələri də mühafizə əməliyyatlarına dəstək verəcək. Bununla əlqədar olaraq toplantı günləri ətraf hava xətləri ilə uçuşlar dayandırılacaq. Antalya valisi Muammer Türker bildirib ki, toplantıda iştirakı planlaşdırılan 13 min insanın təhlükəsizliyinin təmin olunmasına 12 min polis və jandarma qüvvələri cəlb edilib. O, "G-20" zirvə toplantısının Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: “Sammitlə əlaqədar Türkiyənin hava limanlarında da yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol