Sosial şəbəkədə biz:

Ramil Usubovdan Bakı yol polisinə yeni rəis təyinatları

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrlərinə əsasən Bakıda yol polisi sistemində rəhbər vəzifələrə yeni təyinatlar olub. Milli.Az xəbər verir ki, Səbayel Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərhad Eyyubov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölük komandiri, polis mayoru Cəmşid Hənifəyev Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi təyin edilib. Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədov isə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bölük komandiri vəzifəsinə təyin edilib. Həmin İdarədə rəis müavini işləmiş polis polkovnik-leytenantı Qələndər Qəhrəmanov Yasamal Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə rəis təyin olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol