MTN-in daha bir məsul əməkdaşı saxlanıldı
Milli Təhlükəsizlik Nazirliyinin daha bir məsul əməkdaşı saxlanılıb. Trend-in əldə etdiyi məlumata görə, MTN-nin Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov daxil olan şikayətlər əsasında Baş Prokurorluq tərəfindən saxlanılıb. Hazırda araşdırma aparılır.