Sosial şəbəkədə biz:

YAP İdarə Heyəti Elza Seyidcahana görə toplanır

Hakim Yeni Azərbaycan Partiyasının 54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd, müğənni-bəstəkar Elza Seyidcahanın qaldırdığı iddialarla bağlı apardığı araşdırmalar başa çatmaq üzrədir. Bu barədə AzVision.az-a açıqlamasında YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev deyib. Onun sözlərinə görə, araşdırmanın nəticələri YAP Nərimanov rayon Təşkilatının İdarə Heyətinin toplantısında müzakirəyə çıxarılacaq: “Elza Seyidcahanla bağlı məsələ yaxın günlərdə İdarə Heyətinin toplantısında müzakirə olunacaq. Bundan sonra onunla bağlı son qərar veriləcək”. Qeyd edək ki, E. Seyidcahan namizədliyini irəli sürdüyü dairədə seçkinin nəticələrinin ləğv olunmasını tələb edib. Hakim partiya üzvünün bu addımı YAP tərəfindən etirazla qarşılanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol