Sosial şəbəkədə biz:

"Türklər fars rejiminin dərsini verdi" - Mahmudəli Çöhrəqanlı

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Güney Azərbaycanda İranın “Kanal 2” telekanalında soydaşlarımızın təhqir olunmasına etiraz olaraq keçirilən aksiyalara münasibət bildirib. Cebhe.info xəbər verir ki, M.Çöhrəqanlı hər zaman olduğu kimi Azərbaycan türklərinin fars rejiminin irqçi siyasətinə lazım olan dərsi verdiyini deyib. GAMOH lideri buna görə, Güneydə yaşayan soydaşlarımıza öz təşəkkürünü bildirib: “Bu gün dəyərli millətimiz onu assimilyasiyaya uğratmağa çalışanların xəyallarını puça çıxardı və milli varlığmıza sahib çıxdı. Gələcək bizimdir, güc birlikdədir”. Xatırladaq ki, noyabrın 6-da İranın dövlət televiziyası “Kanal 2”-də yayımlanan “Fitilə” proqramında Güney Azərbaycandan olan türklər təhqir edilib. Buna etiraz olaraq on minlərlə insan küşələrə axışıb, aksiyaçılara qarşı zor tətbiq edilib, çox sayda saxlanan var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol