Sosial şəbəkədə biz:

Azərbaycanlı sevgilisini öldürdü, saxta pasportla Suriyaya qaçarkən saxlanıldı

18 August 2018, 21:50
Gündəm
Türkiyənin Konya şəhərində azərbaycanlı sevgilsi 50 yaşlı Səidə Yükseliri tapança ilə qətlə yetirmiş Rahim Aracı Antalyada saxta pasportla saxlanılıb. Belə ki, 40 yaşlı R.Aracı Qyrban bayramında suriyalı mücahidlərlə birlikdə ölkə xaricinə qaçmağı planlaşdırıbmış. Qaçmasına kömək etdiyi ehtimal olunan vəkili və bir dostu da onunla birgə saxlanılsa da, sonradan məhkəmə nəzarəti ilə azadlığa buraxılıblar. İstintaqa 4 uşaq anası olan sevgilisi S.Yükselin özü özünü güllələdiyini desə də, araşdırma zamanı digər detallar ortaya çıxıb. Məlum olub ki, qətl hadisəsi baş verəndən bir neçə saat əvvəl S.Yükselin 14 yaşlı qızı polis bölməsinə gedərək anasının sevgili tərəfindən seksual hərəkətlərə məruz qaldığını bildirib. Hadisə iyulun 24-də Qaratay ilçəsində Fevzi Çakmak Məhəlləsində baş verib. İstintaq müəyyən edib ki, S.Yüksel bir gün əvvəl evli və 3 uşaq atası olan sevgilisi R.Aracının iş yerinə gələrək onunla mübahisə etməyə başlayıb. Bundan bir gün sonra isə R.Aracı avtomobillə iş yerinə gələrək yanındakı S.Yükselirə tapançdan 8 atəş açıb. Onu Konya Numune Xəstəxanasına çatdırsalar da, həyatını qurtarmaq mümkün olmayıb. Ağır vəziyyətdə olarkən ona yaxınlaşan polislərə “Məni Rahim vurdu” deyə bilib. İstintaq zamanı o da məlum olub ki, bu müddət ərzində R.Araclı Antalyanın Muratpaşa qəsəbəsində mehmanxanada qalıb. O, vəkili Selahettin Eyyubi ilə görüşüb və vəkili ona mobil telefonunu qıraraq atmasını, sim kart işlətməməsini, bir gecə Konyada qaldıqdan sonra gecə Eskişəhərə getməsini məsləhət görüb. Antalyaya gəldikdən sonra isə hər gün bir oteldə gecələyən R.Araclı Suriyada ölən bir nəfərin adına alınan mobil telefonla vəkili ilə məsləhətləşib. Qətlin baş verməsinə S.Yükselirin 150 min lirəyə satın aldığı evdə R.Araclının atasının qaldığı, satışa çıxaranda isə bu iki şəxs arasında yaranan mübahisənin səbəb olduğu ehtimal olunur. Xatırladaq ki, R.Araclı ifadəsində S.Yükseli öldürmədiyini, hadisənin intihar olduğunu deyib: “Mən tapançanı çıxaranda Səidə onu əlimdən alıb özünü vurdu. Qorxdum, onu maşından atıb qaçdım”, - deyə bildirib. Qətldə ittiham olunan R.Aracının 2002-ci ildə 2 nəfəri qətlə yetirdiyi, 11 il həbsdə olduğu bildirilir. Virtualaz.org