Dollar bahalaşdı, insanlarda gərginlik yarandı - Ekspert duruma şərh verdi
"ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar həmişəki kimi bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı. Dolların bahalaşmasını həm də Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırdı. Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,051 manat həddinə kimi bahalaşıb". Mia.az xəbər verir ki, bunu iqtisadşı ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, dolların bahalaşması insanlarda gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir: "Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq əvvəlki fikrimizdə qalıram ki, Azərbaycanda yaxın dövrlərdə bu mümkün deyil və hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Uzaqbaşı idarəolunan üzən məzənnə siyasətindən danışmaq olar. Dolların bugünkü bahalaşmasını heç də üzən məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvala, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər.