Sosial şəbəkədə biz:

İranda etirazlar davam edir: Azərbaycanlı öldürüldü - VİDEO

Etiraz aksiyaları keçirilib.
İranda baş verən aksiyalarda bir azərbaycanlı öldürülüb.
Moderator.az xəbər verir ki, yerli mənbələrdən APA TV-yə daxil olan məlumata görə, Əli Əkbər Murtaza oğlunun Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində öldürüldüyü bildirilir.
Əli Əkbər aksiyada iştirak etdiyi vaxt polis və təhlükəsizlik qüvvələri etirazçılara hücum edib.
O, yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.
Qeyd edək ki, ötən gün İranda Azərbaycan türkləri izdihamlı etiraz aksiyaları keçirib.
Aksiya iştirakçıları noyabrın 6-da İranın “Kanal 2” telekanalında yayımlanmış proqramda azərbaycanlıların təhqir edilməsinə etirazlarını bildiriblər. Etirazlar Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Meşkin şəhərlərində və paytaxt Tehranda baş tutub.
Polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Çoxlu sayda yaralı var. Bir neçəsi ictimai fəal olmaqla onlarla aksiya iştirakçısı saxlanılıb.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol