Tələbələrin təqaüdü artırıldı
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb. Azinforum.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib: 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin: "1.2. ali təhsil müəssisələrində: adlı təqaüd alan tələbələrə – 120 manat magistratura səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat bakalavriat səviyyəsi üzrə: akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat akademik göstəriciləri 51-100 b