Sosial şəbəkədə biz:

Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib - 2 qadın saxlanılıb

27 August 2018, 10:19
Gündəm
Xaçmazda əxlaqsızlıq yuvası aşkar olunub. Daxili İşlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub. Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon Polis şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.