Sosial şəbəkədə biz:

Kənan Hacı "tövbə" etdi, AYB geri qaytardı

Noyabr ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti toplantısı keçirilib. AYB-dən verilən məlumata görə, toplantının gündəliyində olan məsələləridən biri də yazıçı Kənan Hacının Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə yenidən qəbul edilməsi üçün AYB sədrinə ünvanladığı ərizəsi olub. Kənan Hacı ərizəsində 2010-cu ildə AYB üzvlüyündən istefa verdiyini və bu addımının səhv addım olduğunu bildirərək, yenidən AYB üzvlüyünə qəbul edilməsini xahiş edib. Katiblik ərizənin müzakirəsi zamanı Kənan Hacının üzvlükdən istefa verməsinin səhv addım olduğunu qəbul etməsini, yazıçının son vaxtlar səhhətində narahattlıq hiss etməsini nəzərə alaraq, istisna hal olaraq onun AYB üzvlüyünə qaytarılması qərarını qəbul edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol