Sosial şəbəkədə biz:

Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq. Mahaçqala şəhər administrasiyasından bildirilib ki, abidənin ətrafında, həmçinin bağ salınacaq. Gələcək bağın müfəssəl memarlıq planı artıq hazırlanıb. Abidənin qoyulması və bağın adablaşdırılması üzrə bütün işlər gələn ilin yazında başa çatacaq. Görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyev müxtəlif illərdə Azərbaycanın xalq səhiyyə komissarı, Azərbaycan Ali Sovetinin sədri, ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol