Sosial şəbəkədə biz:

Azərbaycanda zəlzələ olub - VİDEO - YENİLƏNİB-2

28 August 2018, 18:59
Gündəm
Lerik rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub. **** Azərbaycanın cənub bölgəsində zəlzələ olub. "Report"un Cənub bürosunun məlumatına görə, təbii fəlakət, təxminən, 16:56 radələrində qeydə alınıb. Zəlzələ 3-4 bal gücündə hiss edilib. Təbii fəlakət Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub.