Sosial şəbəkədə biz:

Məşhur azərbaycanlı jurnalistin qardaşı Rusiyada saxlanıldı

Rusiyanın 1-ci kanalının azərbaycanlı aparıcısı İradə Zeynalovanın qardaşı İsabala Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin dekanı olan İsabala Zeybalov tələbələrdən rüşvət almaqda şübhəli bilinir. İradə Zeynalova saxlanılan dekanla qohum olduğunu inkar etməsə də, onunla çoxdandır əlaqə saxlamadığını bildirib. 61 yaşlı İsabala Zeynalova qarşı cinayət işi qaldırılıb, onunla yanaşı, həmin ali məktəbin təlim-metodik işləri üzrə mütəxəssisi Lyubov Mukanova da saxlanılıb. Onların hər ikisi rüşvət almaqda və rüşvətə vasitəçilik etməkdə təqsirkar bilinir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol