Sosial şəbəkədə biz:

Növbəti üç gündə hava necə olacaq?

03 September 2018, 14:06
Gündəm
Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova KİV-ə açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir: “Lakin səhər və axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyinin üstünlüyü müşahidə olunacaq”. G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu Bakıda 28-32, bölgələrdə 30-35, dağlıq ərazilərdə isə 20-25 dərəcə isti təşkil edəcək.