Sosial şəbəkədə biz:

“Azərenerji”yə yeni rəhbər təyin olunub

04 September 2018, 16:48
Gündəm
Prezident İlham Əliyev Baba Rzayevin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. Qeyd edək ki, indiyədək “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini Etibar Pirverdiyev tuturdu.