Sosial şəbəkədə biz:

Arif Yunus: “Qohumlarım məni satdı”

Yaxın qohumlarım məni satdı. Onlar həbsdə olduğum müddətdə mənim üçün heç yemək də gətirmirdilər. Yeməyi gətirən Azad İsazadə isə heç mənim qohumum da deyil.   Report-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılan Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus deyib.   "Çox istərdim ki, Leyla da yaxın vaxtlarda azadlığa çıxsın", - o əlavə edib.   Bu gün Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verib.   Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol