Sosial şəbəkədə biz:

Seymur Baycan Elnur Astanbəylini məhkəməyə verir

Yazıçı Seymur Baycan şair-jurnalist, köşə yazarı Elnur Astanbəylini məhkəməyə verir. Bu barədə Kulisə yazıçı özü məlumat verib. O bildirib ki, Elnur Astanbəyli öz yazılarında onun fikirlərini dəfələrlə ya “adını unutduğum müəllif”, ya da başqa adla verib: “Neçə dəfə zəng eləyib demişəm ki, o fikir mənə məxsusdur, vecinə almır. Axırıncı dəfə mənim sözümü Yalçın İslamzadənin adına yazıb. Zəng elədim ki, o fikri “Yazı mədəniyyəti” adlı yazımda yazmışam. Bu adamda ya yaddaş pozuntusu var, ya da qəsdən belə edir. Sonuncu dəfə xəbərdarlıq elədim. Dedim, bir də belə hal təkrar olunsa neçə illik münasibətimizə baxmayaraq məhkəməyə verəcəm”. Seymur Baycan məhkəmədə təzminat kimi 1 manat istəyəcəyini söyləyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol