Bakı və Abşeronda tozun miqdarı yenə artdı - Normadan 3.6 dəfə
Azərbaycan ərazisində toz-dumanı müşahidə olunur.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, departamentin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-ində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.