Sosial şəbəkədə biz:

İki rayonun polis rəisi işdən çıxarıldı

Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib. AzNews.az-ın məlumatına görə, nazir Yevlax Rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevi işdən çıxarıb. R.Usubov həmçinin İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Vaqif Müslümovu da tutduğu vəzifədən azad edib. Nazir digər əmrlə V.Müslümovu Yevlax Rayon Polis Şöbəsinə rəis təyin edib. Məlumat üçün bildirək ki, Yevlaxın işdən çıxarılan polis rəisi Natiq Məşədiyevin adı bir neçə dəfə qalmaqallı hadisələrdə hallanıb, mətbuatın gündəminə gəlib. Onun qanunsuz əməlləri ilə bağlı Ramil Usubova dəfələrlə müraciət edildiyi də mətbuat səhifələrində tirajlanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol