Sosial şəbəkədə biz:

“Eks-nazir işdən çıxarıldığını eşidəndə...”

Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi ilə vidaşalaraq iş otağını tərk edib. Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov AzVision.az-a açıqlamasında bildirib: "Eks-nazir Əli Abbasov nazir vəzifəsindən çıxarılması ilə bağlı xəbəri eşidəndə işbaşında idi. Prezidentin sərəncamından sonra Əli Abbasov işçilərlə sağollaşıb getdi” . Qeyd edək ki, Əli Abbasov ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol