Sosial şəbəkədə biz:

" Rixos Quba Azərbaycan " dan fantastik bayaram qiyməti - Bu sadə azərbaycanlı cibi üçün deyil...

Azinforum.az yeni il şənliklərinin hansı formada keçiriləcəyi ilə bağlı araşdırmalarını davam etdirir. Bu günlərdə Şamaxıda yerləşən otellərdən birində bayram günü ilə bağlı apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, "Yeni il" adı ilə təşkil edilən tədbirlər sadə azərbaycanlının büdcəsinə uyğun deyil. Bir sözlə, qiymətlər fantastikdir. Əməkdaşımız bu dəfə tanınmış " Rixos Quba Azərbaycan "  otelində olan qiymətlə maraqlanıb və məlum olub ki, sözügedən otel də öz bahalı həmkarlarından heç nəyi ilə fərqlənmir. Aldığımız məlumatlara görə, yeni ili  " Rixos Quba Azərbaycan "da   keçirmək istəyənlər üç gündən tez oteli tərk edə bilməzlər. Şərtlərə görə bu qadağandır. İki nəfərin 3 gecə qalmasının qiyməti isə,  850 manatdır. Ötel bu qiymətə yalnız səhər yeməyini daxil edir. quba Yeni il gecəsində qala şam yeməyinə qatılıb, konsertdə iştirak etmək istəyənlər isə əlavə olaraq pul ödəməlidirlər.Bir sözlə,  iki nəfərin 3 gün bu oteldə istirahət etməsi  üçün ən azı 2000 manat pul tələb olunur. Bütün bu mənzərə bir daha sübut edir ki, Azərbaycanda  yalnız soyğunçu yay turizmi mövcud deyil. Ondan  qiymət parametrinə görə heç də geri qalmayan qış turizmi də, buna  yaxşı "örnək" sayıla bilər. Bəllidir ki, turizmdə yaranan bu neqativliklər  şəxsən ölkə başçısı İlham Əliyev cənablarını da ciddi narahat edir. Cənab Prezident dəfələrlə etdiyi çıxışlarında bu cür neqativliklərin aradan qaldırılmasına dair göstərişlər verib. Ancaq, göründüyü kimi , hələ ki, bəzi türizm və otel subyektləri  həmin ali tövsiyyəyə əməl etməyə tələsmir. ÇİNARƏ SEYİDOVA AZİNFORUM.AZ


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol