Sosial şəbəkədə biz:

ANS-in daha bir verilişi bağlandı

Hər səhər ANS-in efirində canlı yayımlanan “Salam, Azərbaycan!” verilişi dayandırılıb. Publika.az xəbər verir ki, artıq bir neçə gündür ki, həmin proqramın yerinə, tam yeni formatda “Səhər xəbər kanalı” efirə çıxır. Başqa sözlə, 3 saat boyunca ANS-in efirində xəbərlər yayımlanır. Xatırladaq ki, ötən mövsüm “Salam, Azərbaycan” verilişini Aytən Səfərova aparıb. O, ANS-dən qalmaqallı şəkildə ayrılaraq ATV telekanalına keçib. Sonradan “Salam, Azərbaycan!” verilişini Cəlalə Nəzəroğlu aparsa da, o da efirdə yol verdiyi qüsurlara görə Milli Teleradio Şurası (MTRŞ) tərəfindən tənqid olunub. 10 gün müddətinə efirdən yığışdırılan verilişə görə ANS-ə 24 min manat cərimə də kəsilib. Ehtimal olunur ki, “Salam, Azərbaycan!” verilişinin dayandırılmasının səbəbi də məhz budur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol