Sosial şəbəkədə biz:

MTN-dən TERROR BƏYANATI -  "Bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir”

14 November 2015, 11:21
Gündəm
“Azərbaycan Respublikasının milli maraqları və təhlükəsizliyinə mümkün təhlükələrin, təhdidlərin qarşısının alınması üçün Milli Təhülkəsizlik Nazirliyi (MTN) digər aidiyyəti hüquq-mühafizə orqanları ilə birlikdə bütün zəruri qabaqlayıcı tədbirləri həyata keçirir”. Bunu Trend-ə MTN-in İctimai Əlaqələr İdarəsinin rəisi Arif Babayev deyib. Onun sözlərinə görə, əməliyyat şəraitinə nəzarət olunur. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə bildiriblər ki, terrorizmə qarşı mübarizə heç də bir dövlətin işi deyil: “Terrorizmə qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır”. Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb.