Sosial şəbəkədə biz:

Nazpəri üsyan etdi: “Belə olmayacaq!”

Azinforum.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva rəsmi İnstaqram səhifəsində yazıb. Müğənni onu efirə buraxmayan telekanalları tənqid edib: “Məni sevən, sənətimə, mədəniyyətimə dəyər verən hər kəsə səslənirəm. Dahi lider Heydər Əlirza oğlu Əliyevin imzaladığı əməkdar artist, cənab prezidentimiz İlham Əliyevin imzaladığı xalq artisti adını almaq şərəfinə layiq olan bir sənətkarın efirə buraxılmaması nə dərəcədə düzgündür? Mən sənətə gələn gündən Azərbaycanımın adını başqa dövlətlərdə yüksəklərə qaldıran bir xanım olmuşam. Heç vaxt adıma, sənətimə, vətənimə, prezidentimə xələl gətirməmişəm. Bununla qürur duyuram. Burdan televiziya rəhbərlərinə səslənirəm, bu sözlərimi diqqətlə oxuyun, belə olmayacaq”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol