Sosial şəbəkədə biz:

İlham Əliyev və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Böyük iyirmiliyin” (G20) Antalya şəhərində keçirilən sammitində iştirak etmək üçün noyabrın 14-də Türkiyəyə işgüzar səfərə gediblər. Antalyanın beynəlxalq aeroportunda Azərbaycan prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıb. İlham Əliyev Türkiyəyə şəxsən prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən fəxri qonaq kimi dəvət olunub. G20 sammiti noyabrın 15-16-da keçiriləcək. Zirvə görüşündə Vladimir Putin, Barak Obama, Angela Merkel, Fransua Olland və digər nəhəng dövlətlərin başçıları iştirak edəcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol