Sosial şəbəkədə biz:

Banklara kart fırıldağı haqda xəbərdarlıq edildi

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı komersiya banklarına kart əməliyyatlarında fırıldaqçılıqla bağlı məlumat verib. Bu barədə virtualaz.org saytına Mərkəzi Bankdan məlumat veriblər. Bankdan deyiblər ki, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı kommersiya banklarının nümayəndələrinə ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları ilə bağlı məlumatlandırıb. Beynəlxalq ekspertlər ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərin nəticələrini də açıqlayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol