Sosial şəbəkədə biz:

Gəncədə qanunsuz dini məclis təşkil edənlər saxlanıldı

Gəncədə qanunsuz dini məclis təşkil edən şəxslər saxlanılıb. Kəpəz Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, polis idarəsinə şəhərin Əhməd Cavad küçəsi ev 47 ünvanında 5-i azyaşlı olmaqla 27 nəfərin iştirakı ilə "Yehovanın şahidləri" dini icmasının qanunsuz yığıncaq keçirməsi barədə məlumat daxil olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılan şəxslər polis idarəsinə dəvət olunub. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 299-cu (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndəriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol