Sosial şəbəkədə biz:

Naxçıvan Ali Məclisinin birinci sessiyası çağırıldı: sədr seçiləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisi V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının çağırılması haqqında qərar verib. APA-nın məlumatına görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 17 noyabr saat 11:00-da Naxçıvan şəhərində çağırılıb. Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinlərinin və Ali Məclisin komitə sədrlərinin, komitə sədrlərinin müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib. Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol