Sosial şəbəkədə biz:

Aylardır, küçədə gecələyən ukraynalı qadına görə səfirliyə müraciət edildi - FOTOLAR

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi uzun zamandır Səməd Vurğun bağında gecələyən qadınla bağlı Ukraynanın Bakıdakı səfirliyinə müraciət edib. Təşkilatın rəhbəri Mehriban Zeynalova və Ukrayna səfirliyinin konsulu cənab Boqdan noyabrın 13-də qadınla görüşüb.
Bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, əslən Ukraynadan olan Larisa Kavunu sığınacaqda yerləşdirmək istəsələr də qadın razılaşmayıb: “Larisa bir aydan çoxdur ki, küçədə gecələyir. Onun psixoloji problemlərinin olduğu ehtimal edilir. Hətta yanındakı zibil tullantılarını atmağa da icazə vermir. Sığınacaqda qalmaq da istəmir”.
Ukrayna səfirliyi də qadına yardım üçün tədbirlərə başlayacaq.
Qeyd edək ki, adyala bürünüb Səməd Vurğun bağındakı skamyada oturan və bağdan keçənlərin verdiyi ərzaqlarla qidalanan qadın hər kəsin diqqətini cəlb edir. Qadının psixoloji problemləri olduğu ehtimal edilsə də o, hər gün kitab oxuyur.
Qadın virtualaz.org saytının əməkdaşlarına Bakıda evinin olduğunu, lakin ondan və evindən qoxu gəldiyi üçün JEK tərəfindən şəxsi mənzilindən çıxarıldığını demişdi. Həmçinin oğlu olduğunu, lakin yeganə övladının Rusiyada yaşadığını da bildirmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol