Sosial şəbəkədə biz:

Deputatların siyahısı məhkəməyə göndərilir

16 November 2015, 13:08
Gündəm
Yeni seçilən deputatların siyahısı Konstitusiya Məhkəməsinə noyabr ayının 21-də təqdim ediləcək. Bu barədə modern.az-a Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib. Onun dediyinə görə, millət vəkillərinin yeni siyahısı məhkəməyə göndərilməzdən öncə MSK-nın seçkilərin nəticələrinə dair yekun iclası keçiriləcək. Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində seçkinin nəticələrini təsdiq etməlidir. Xatırladaq ki, parlament seçkiləri noyabrın 1-də keçirilib.