Sosial şəbəkədə biz:

Məşhur aktrisa efirdə tamaşaçını sillələdi - VİDEO

22 September 2018, 13:39
Gündəm
Rusiyada Andrey Malaxovun proqramında qalmaqal yaşanıb. Oxu.Az Rusiya mediasına istinadən xəbər verir ki, məşhur aktrisa Evelina Bledans studiyadakı izləyicini sillələyib. “35-40 yaşdan sonra uşaq sahibi olmaq təhlükəlidir, 49 yaşında süni mayalanma ilə hamilə qalmaq səbəbiniz nədir? Bunu edərkən nə fikirləşdiniz? Daha bir xəstə uşaq doğmaq istəyirsiniz?”, - deyə tamaşaçı ona Daun sindromlu uşağının olduğunu xatırladıb. Bu sözlər aktrisanı əsəbiləşdirib. Evelina tamaşaçıya yaxınlaşaraq onu sillələyib. “Mənə istədiyini deyə bilərsən, amma uşağımla işin olmasın”, - deyə Evelina iradını bildirib. Daha sonra studiyadakılar da tamaşaçıya qarşı çıxıb. Həmin görüntüləri təqdim edirik: