Sosial şəbəkədə biz:

“BakuBus"la "Maserati" toqquşdu

17 November 2015, 11:34
Gündəm
Xətai rayonunda yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, 8 saylı "BakuBus"un avtobusu "Maserati" markalı avtomobillə toqquşub. Qəza rayonun Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Sərnişin avtobusu sola dönən zaman "Maserati"ni gözləməyib. Nəticədə toqquşma baş verib. Qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Faktla əlaqədar araşdırma aparılır.