"AFB Bank"ın rəhbəri işdən çıxdı
"AFB Bank”ın rəhbərliyində kadr dəyişikliyi baş verib.
Bankdan APA-ya verilən xəbərə görə, Akif Əsgərov İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşıb.
Bu vəzifənin icrası müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini Natiq Namazova həvalə edilib.