Sosial şəbəkədə biz:

Rusiya təyyarəsini vuranı tapana 50 milyon dollar verəcək

17 November 2015, 14:33
Gündəm
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında partlayışa cəlb olunan terrorçuların tapılmasına kömək edəcək informasiyaya görə 50 milyon dollar mükafat təyin edib. Virtualaz.org "RİA-Novosti"-yə istinadən bildirir ki, bu barədə FTX-nin ictimai əlaqələrinin mərkəzindən bildirilib. Qeyd edək ki, FTX-nin başçısı Aleksandr Bortnikov Rusiya təyyarəsinin terror aktının qurbanı olduğunu təsdiqləyib. Onu da xatırladaq ki, “Koqalımavia” şirkətinə məxsus "Airbus 321" layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.