Sosial şəbəkədə biz:

Biabırçılıq: azərbaycanlı rəssam kişi Rusiyada ərə getdi

Azərbaycanlı rəssam Camal Əhmədov Rusiyada ərə gedib. Eynicinsli nikaha girən rəssam tanınmış rusiyalı DJ, “Avropa Plyus” radiostansiyasının direktoru Maksim Koçerginlə “ailə həyatı” qurub. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu iki “kişi”nin toyu Danimarkada olub. Toyda çəkilən şəkillər onların dostları tərəfindən sosial şəbəkələrdə yayılıb. M.Koçergin Rusiya ictimaiyyətinə yaxşı tanışdır. Camal Əhmədova gəlincə isə yalnız o məlumdur ki, Əhmədov akvarel janrında çəkən rəssamdır. O, bir çox sərgilərdə iştirak edib. Onu da deyək ki, Koçerginlə Əhmədov nikaha girəndən sonra hələ 2012-ci ildən homoseksuallara nikaha girmək icazəsi verilən Danimarkada qalmayaraq geri dönüblər. “Kişilər” hazırda Rusiyada yaşayırlar. Rusiya isə eynicinsli nikahları tanımır.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol