Sosial şəbəkədə biz:

İlhamə ilə Elzanın 1 milyonluq davası sona çatdı – "Onu bağışladım"

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasını geri götürüb. Bu barədə aznews.az-a İ.Quliyevanın özü məlumat verib. O, qeyd edib ki, bu addımı E.Seyidcahana yazığı gəldiyi üçün atıb: “Ona heç nə etməyəcəyəm. Onsuz da yazıqdır. Onu məhkəməyə verməyəcəyəm. Qoy nə istəyir, ağlına nə gəlir danışsın. Ona açdığım davada sona kimi getsəm, E.Seyidcahan da o birilərinin aqibətini yaşayar. Onu bağışladım. Deputat da ola bilmədi, bəlkə bundan sonra ağlı başına gələr”. İ.Quliyeva həmçinin qeyd edib ki, bununla bağlı E.Seyidcahana heç bir məlumat verməyib. Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon təzminat davası açdığını bildirmişdi. Buna səbəb E.Seyidcahanın onun ünvanına “Mən Şöhrət ordenli "şərəfsiz" olmayacağam" – ifadəsini işlətməsi idi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol