Sosial şəbəkədə biz:

Arvadından boşanan kişi qaynanasını döydü

Bakıda keçmiş kürəkən qaynanasının evinə basqın edib.
Milli.az-ın verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.
Bir müddət öncə arvadından boşanan Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Rəfail Əliyev F.Şahbazov küçəsində yaşayan keçmiş qaynanası, 1975-ci il təvəllüdlü Yasəmən Əhmədovanın evinə basqın edib.
R.Əliyev evə daxil olaraq qapını sındırıb, qaynanasını döyüb. Sonra isə ailə üzvlərini söyüb təhqir edərək onları öldürəcəyini deyib.
Faktla bağlı araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol