Xədicə İsmayılın apellyasiya şikayətinə baxılacaq
Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edəcək. Məhkəmə prosesi saat 15.00-da başlayacaq. Əvvəlki prosesdə hakim İlqar Murquzov jurnalistin ilkin məhkəmə baxışının qərarından bir ay müddətinə kassasiya şikayəti vermək hüququ olduğunu bildirib məhkəməni təxirə salmışdı. X. İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7,5 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.