Sosial şəbəkədə biz:

Ac fəhlələr bu dəfə “Azəryolservis”in qarşısına toplaşdı

“Azərinşaat” MMC-nin yol tikintisində işləyən və aylardır maaşını ala bilməyən fəhlələri bu gün “Azəryolservis” ASC-nin qarşısında toplaşıb. Aksiyada iştirak edən fəhlələrdən birinin - Elməddin Ələkbərovunvirtualaz.org saytına verdiyi məlumata görə, təxminən 70-80 nəfər işçi binanın qarşısında toplaşıb. “Bizə heç bir maneə olmadı. Mən özüm şəxsən sədr müavini Cəmil Rüstəmxanlı ilə söhbət elədim. O, bizi dinlədi və söz verdi ki, 5-6 günə bizim əmək haqlarımız veriləcək. Biz də ona inandıq” - deyə E.Ələkbərov bildirdi. Daha sonra yenidən “Azərinşaat” MMC-nin binası qarşısında toplaşacaqlarını deyən işçilər söz verilən müddəti gözləyəcəklərini bildiriblər. Məlumat üçün bildirək ki, fəhlələr arasında ölkənin müxtəlif rayonlarından gələn və “Azərinşaat”ın həyətindəki konteynerlərdə qalanlar da var. Onlar vurğulayır ki, maaşlarını almağı gözləyirlər. Maaşlar isə 6 aydan yuxarıdır verilmir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol