Sosial şəbəkədə biz:

Körpə diri-diri yandı - Azərbaycanda dəhşət + Video

Cəlilabad rayonunda yaşayış evində baş verən yanğında azyaşlı uşaq yanaraq ölüb. “ Azinforum.az ” ın "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Əliqasımlı kəndində Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 108 kv metr olan bir mətbəx, iki otaqdan ibarət evin otaqlarından birində başlayan yanğın qısa müddətdə genişlənməyə başlayıb. Yanğın zamanı otaqda yatmış yaşyarımlıq Xəzər Abiyev yanaraq faciəvi şəkildə dünyasını dəyişib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını ala biliblər. Lakin evin 20 kv metr sahəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol