Sosial şəbəkədə biz:

Doğum evlərində qəfil yoxlama, rəisin sönən telefonu...

Sumqayıt şəhərindəki 1 və 2 saylı doğum evlərində yoxlamalara başlanılıb. Bu barədə virtualaz.org saytına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev məlumat verib. İcra başçısı müavininin sözlərinə görə, bu yoxlamalar şəhər sakinlərinin şikayətləri əsasında başlayıb, belə ki, sumqayıtlılar bu tibb müəssisələrinin fəaliyyətindəki nöqsan və çatışmazlıqlardan dəfələrlə narazılıq ediblər. S.Quliyevin dediklərindən belə məlum olur ki, Sumqayıtda bu sahədəki vəziyyət isə hətta o dərəcədə ciddidir ki, hər iki doğum evinin baş həkiminin işdən azad edilməsi məsələsi də gündəlikdə dayanır. Lakin məsələ bir çox KİV-lərdə yazılan kimi də deyil. Hər iki baş həkimlə bağlı qərar hələ verilməyib. İcra başçısının müavini bu məsələyə aydınlıq gətirmək və daha müfəssəl məlumat əldə etmək üçün Sumqayıt Şəhər Səhiyyə İdarəsinin rəisi Ələkbər Tağıyevə müraciət etməyi tövsiyə etdi. Ə.Tağıyev isə ona zəng vuran şəxsin jurnalist olduğunu bilən kimi telefonu söndürdü.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol