MOSSAD agentlərinin Türkiyədə görünməmiş təhlükəsizlik tədbirləri
“Mossad” kəşfiyyat xidmətinin agentləri İsrailin qadınlardan ibarət milli basketbol komandasını qorumaq üçün Ankaraya gəlib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, noyabrın 21-də yerli vaxtla saat 20:00-da bu ölkənin millisi 2017 FIBA Qadınlar Avropa Çempionatı qrup mərhələsinin H qrupunda İsrail ilə oynayacaq. İsrail milli komandası dünən axşam saatlarında “Mossad” Kəşfiyyat Xidmətinin 60 agenti ilə birlikdə Ankaraya gəlib. “Mossad”ın agentləri əvvəlcə idmançıların qalacağı otelin otaqlarını bir-bir yoxlayıblar. Bundan sonra otelin içərisində və çölündə təxminən 100 polis əməkdaşı ilə “Mossad”ın 60 agenti təhlükəsizlik tədbiri alıb. Sabah axşam oynanacaq matçla əlaqədar görüləcək təhlükəsizlik tədbirləri isə bunlardır: - Matç öncəsi idman zalı və ətrafı ətraflı şəkildə axtarılacaq. - Salon daxilində və xaricində cəmi 1500 polis keşik çəkəcək, 500 polis isə hazır vziyyətdə saxlanılacaq. - 350 xüsusi təhlükəsizlik əməkdaşı salon içində təhlükəsizliyi təmin edəcək. - Avtomobillərin oteldən salona, salondan otelə və oteldən hava limanına gedişlərində hər cür təhlükəsizlik tədbiri 200 nəfərlik bir qrupla təmin olunacaq. - Digər tərəfdən, israilli idmançıların qarşısında “Mossad”ın 2 agenti ilə çox sayda mülki polis dəqiqəbədəqiqə mühafizəni təmin edəcək.