Sosial şəbəkədə biz:

General Əkbərov İlham Əliyevin əmri ilə Bakıya çağırıldı

Şəmkir korpusunun komandiri, general-leytenant Rövşən Əkbərov bu gün Bakı korpusunun komandiri təyin edilib. Müdafiə Nazirliyindəki mənbələr musavat.com saytının yaydığı bu məlumatı virtualaz.org saytına təsdiqləyiblər. General Rövşən Əkbərov hazırkı hakimiyyətə ən sadiq kadrlardan hesab olunur. Xatırladaq ki, general Əkbərov bundan əvvəl də Bakı korpusunun komandiri olub. Lakin rotasiya qaydasında 2011-ci ildə Şəmkir korpusuna komandir təyin edilib. Onu da bildirək ki, Bakı korpusunun komandiri Xaqani Cəbrayılov da Şəmkir korpusunun komandiri təyin olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol