Sosial şəbəkədə biz:

Nazirdən ipoteka ilə bağlı - Xoş xəbər

21 November 2015, 11:00
Gündəm
"Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır. Azinforum.az xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq. 200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsində sonra mümkün olub.