Sosial şəbəkədə biz:

Millət vəkilləri canlarını neçəyə sığortaladıblar?

Bu ilin yanvar-oktyabr aylarında sığorta növləri arasında ən ciddi artım su nəqliyyatı vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığortadan toplanan sığorta haqqı 3 dəfə artaraq 2,7 milyon manat təşkil edib. Bundan başqa, kreditlərin sığortasında yığım 1,5 dəfə artaraq 622 min manat təşkil edib. Deputatların icbari şəxsi sığortasında isə yığım 2 dəfə artaraq 104 min manat olub. Sığorta haqlarının məbləği həyatın yaşam sığortasında 31,5% artaraq 57,7 milyon manat, sağalmaz xəstəliklərdən sığortada 7,7% artaraq 362 min manat, tibbi sığortada 2,7% artaraq 60,7 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortasında 5,2% artaraq 28,2 milyon manat, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasında 36,5% artaraq 1,1 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığortada 4,8% artaraq 28 milyon manat, daşınmaz əmlakın icbari sığortasında 55,5% artaraq 22,9 milyon manat, avtomobillərin icbari sığortasında isə 10,3% artaraq 64,9 milyon manat təşkil edib. 10 ay ərzində sığorta növləri arasında ən ciddi azalma isə yük daşıyanın mülki məsuliyyətinin sığortasında qeydə alınıb. Bu növ sığortadan daxilolmaların məbləği 94,8% azalaraq 1,2 min manat təşkil edib. Bundan başqa, pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada yığım 87,1% azalaraq 3,8 min manata, kənd təsərrüfatı heyvanlarının sığortasında isə 38,7% azalaraq 1,2 min manata düşüb. Sığorta haqlarının məbləği həyatın ölüm halından sığortasında 18,3% azalaraq 11,4 milyon manat, fərdi qəza və xəstəlik sığortasında 27,1% azalaraq 7,1 milyon manat, səfər sığortasında 1,2% azalaraq 1,8 milyon manat, avtomobillərin könüllü sığortasında 22,1% azalaraq 24,7 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasında 10% azalaraq 304 min manat, sərnişinlərin icbari fərdi qəza sığortasında isə 12,6% azalaraq 111 min təşkil edib.publika.az


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol