Sosial şəbəkədə biz:

İsrail Ordusu Fələstin radiosunu bağlayıb

İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Hebron şəhərinə reyd zamanı Fələstin radiosunu bağlayıb, Frans Press Agentliyi bildirib. Bu, hərbçilərin bir ay içində bağladığı ikinci Fələstin radiosudur. Əl-Xəlil radiosu ötən axşam 6 ay müddətinə qapadılıb. Ordu radionu İsrail vətəndaşlarına qarşı terror və zorakılığa təhrikdə ittiham edib. Fələstin höküməti İsrailin hərəkətini pisləyərək, bunu beynəlxalq hüququn pozulması adlandırıb. Son iki ayda artan gərginlik fonunda onlarla fələstinli və israilli öldürülüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol