Sosial şəbəkədə biz:

"Vashinqton Post"un müxbiri İranda casus kimi həbs edildi

İranda məhkəmə "The Washington Post" qəzetinin müxbiri Ceyson Rezayanı casusluqda ittiham edərək həbs edib. Bu barədə yerli mətbuat xəbər verir. Amma hökmün təfərrüatları və müddəti hələ ki, məlum deyil. İran və ABŞ vətəndaşlıqları olan 39 yaşlı C.Rezayan 2012-ci ildə "The Washington Post" qəzetinin Tehran bürosunu təsis edib. O, 2014-cü ilin iyul ayında İran hakimiyyəti tərəfindən saxlanmışdı. Onunla birgə fotoreportyor olan xanımı Yeganə Salehi və Tehranda çalışan digər iki amerikalı fotoqraf da həbs edilmişdi. Həmin ilin oktyabr ayında isə Yeganə Salehi və fotoqraflar azadlığa buraxılıb. Jurnalistin vəkili Leyla Ahsan jurnalistlərə bildirib ki, Tehran prokurorluğu C.Rezayana qarşı İran hökumətinin siyasi problemləri həll metodu barədə məlumat toplamaqla bağlı ittiham irəli sürüb (BBC).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol