Bakıda namus üstündə güllələnən polis əməkdaşı imiş...
Xəzər Rayon Prokurorluğundan virtualaz.org-a bildiriblər ki, qətlə yetirilən Malik Muradov DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı, polis serjantı olub. * * *10:00 Bakıda silahlı insident olub. APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib. İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub. İlkin məlumata görə, hadisə namus üstündə baş verib. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.