Bakıda dəhşət: özünü 19-cu mərtəbədən atdı
Bakıda intihar hadisəsi baş verib.
Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14.45 radələrində Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Uğur-2″ yaşayış kompleksində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Ayşən Dadaşova özünü 19-cu mərtəbədən atıb. O, hadisə yerindəcə keçinib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.